İsrail atəşkəsə baxmayaraq əmr verdi: Dağıntı prosesi davam etsin!


İsrailin müdafiə naziri Yisrael Katz orduya Qəzza zolağının İsrailin nəzarəti altında qalan hissəsini atəşkəs və əsir mübadiləsi razılaşmasına əsasən sökməyə davam etməyi tapşırdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verdiyi açıqlamada Katz Qəzza zolağında tunellərin dağıdılması, HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın silahsızlaşdırılmasının onlar üçün strateji hədəflər olduğunu bildirib.

Katz Qəzza zolağındakı israilli məhbusların cəsədlərinin qaytarılmasının onların ən mühüm vəzifəsi olduğunu və bunun üçün əllərindən gələni edəcəklərini bildirib.

Qəzza zolağında tunellərin 60%-nin hələ də toxunulmaz olduğunu iddia edən Katz, İsrail ordusuna nəzarət etdikləri sarı xəttin tərəfində söküntü işlərini davam etdirmələri üçün göstəriş verdiyini ifadə etdi. O, bu qərarın ABŞ rəsmiləri ilə aparılan müzakirələrlə əlaqələndirilərək verildiyini iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ