Terror təşkilatı PKK Türkiyədən tamamilə çəkildi


Şimali İraqda yayımlanan açıqlamaya görə terror təşkilatı PKK Türkiyədəki fəaliyyətini tamamilə dayandırdığını bəyan edib.

Turkustan.az xəbər verir ki, bəyanatda qeyd olunur:

“Yaxın Şərqdəki qarşıdurma və müharibələr Türkiyənin və kürdlərin gələcəyi üçün ciddi təhlükə yaratdığından, ötən il Prezident Ərdoğan, MHP sədri Dövlət Baxçalı və Abdullah Öcalanın açıqlamaları ilə başlayan və Öcalanın ‘Sülh və Demokratik Toplum’ çağırışı ilə əhəmiyyət kəsb edən proses, 2220-ci ilin fevralından etibarən kritik mərhələyə çatıb".

Ötən səkkiz ay ərzində atılan mühüm addımları vurğulayan təşkilat əlavə edib:

“Kürd tərəfi Abdullah Öcalanın və PKK rəhbərliyinin təşəbbüsü ilə atılan bu tarixi addımlar Türkiyənin siyasi və ictimai mühitinə dərin təsir göstərərək, sülh və demokratikləşmə yolunda yeni ruh və iradə ortaya qoyub. Bu cəsarətli mövqe həm Türkiyə daxilində, həm də beynəlxalq aləmdə sülh və demokratiyanın lehinə dəyərləndirilib".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ