Tramp: “Əgər Putinlə razılığa gələcəyimizi bilsəm, o zaman görüşərəm”


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüş ehtimalı ilə bağlı "Bilməlisiniz ki, biz razılaşacağıq, vaxtımı itirməyəcəyəm" deyib.

Turkustan.az xəbər verir ki, Air Force One telekanalında jurnalistlərin suallarını cavablandıran Tramp Putinin Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan liderlər zirvəsini ləğv etməsindən sonra Putinlə mümkün görüşü dəyərləndirib.

Tramp Putinlə hər zaman yaxşı münasibətdə olduğunu, lakin bu vəziyyətin onun üçün məyus olduğunu, Yaxın Şərqdə sülh əldə edilməmişdən çox əvvəl Rusiya ilə Ukrayna arasında razılığa gələ biləcəyini düşündüyünü bildirib.

Donald Tramp oktyabrın 16-da sosial media hesabından verdiyi açıqlamada, "Prezident Putinlə mən Macarıstanın paytaxtı Budapeştdə Rusiya və Ukrayna arasındakı bu biabırçı müharibəyə son qoymaq üçün razılaşdığımız yerdə görüşəcəyik" dedi.

Oktyabrın 21-də Ağ Evin Tramp və Putin arasında zirvə görüşünün yaxın gələcəkdə gözlənilmədiyini bildirməsindən sonra Tramp “Mənə uyğun gəlmədiyi üçün prezident Putinlə görüşü ləğv etdim” dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ