Rusiyada Rusiya lideri Vladimir Putinin rəhbərliyi altında Rusiya Federasiyasının strateji qüvvələrinin təlimi nüvə üçlüyünün bütün komponentlərindən istifadə etməklə həyata keçirilib.
Turkustan.az xəbər verir ki, bu barədə “The Moscow Times” Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb .
Qeyd olunur ki, Putin situasiya mərkəzindən qurudan, havadan və dənizdən qitələrarası ballistik raketlərin buraxılması əmrini verib.
Qeyd olunur ki, Plesetsk kosmodromundan ABŞ ərazisinə çatmağa imkan verən Kamçatkadakı Kür poliqonundan 11 min kilometrə qədər məsafə qət edə bilən “Yars” qitələrarası ballistik raketi, Barents dənizindən isə Bryansk sualtı qayığı “Sıneva” ballistik raketini buraxıb.
Aytən Yaşar/ Turkustan.az