HRANA: İrandakı hadisələrdə ölənlərin sayı 4519-a çatdı


ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər üzündən baş verən etirazlarda ölənlərin sayının 4519-a çatdığını açıqladı.

Turkustan.az xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin müxtəlif yerlərində baş verən hadisələr nəticəsində 26.314 nəfər saxlanılıb. Nümayişlər zamanı baş verən toqquşmalarda 197 təhlükəsizlik işçisi də daxil olmaqla 4.519 nəfər həyatını itirib.

HRANA dünən ölənlərin sayının 4029-a çatdığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ