Danimarka: ABŞ-a güc tətbiq etməkdən çəkinməyəcəyik!


Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ABŞ Qrenlandiyaya qarşı hərbi güc tətbiq edərsə, Danimarka da eyni şeyi etməkdən çəkinməyəcək.

Turkustan.az xəbər verir ki, Frederiksen Kopenhagendə ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı "ələ keçirmək" təhdidlərini yaxından izlədiklərini bildirib.
Frederiksen Trampın Qrenlandiya ilə bağlı ritorikasının hərbi gücdən istifadə ehtimalını istisna etmədiyini bildirərək əlavə edib: "Buna görə də biz də eyni şeyi etməkdən çəkinməyəcəyik. Bu, ABŞ prezidentinin dediklərinin və ya demədiklərinin təbii nəticəsi olardı".

Frederiksen Qrenlandiyada hərbi təlim fəaliyyətlərinin artırıldığını bildirərək, "Qrenlandiyada artan hərbi iştirak NATO-nun davam edən Arktika Dayanıqlılığı Əməliyyatının nəticəsidir" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ