Fransa NATO-nu Qrenlandiyada təlimlər keçirməyə çağırır


Fransanın NATO-nu Qrenlandiyada təlimlər keçirməyə çağırdığı bildirilir.

Turkustan.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, Yelisey Sarayından verilən açıqlamada "Fransa Qrenlandiyada NATO təlimi tələb edib və töhfə verməyə hazırdır" deyilir.
Fransa prezidenti Emmanuel Makrona yaxın mənbələr bildiriblər ki, Fransa Danimarkanın Qrenlandiyadakı təlimində iştirak etməsi ilə eyni səbəbdən bölgədə NATO təlimi keçirmək istəyir.

Mənbələr bildirib ki, Fransa Arktika bölgəsində təhlükəsizliyə verilən ciddiyyət səbəbindən ABŞ prezidenti Donald Trampa mesaj göndərmək istəyib.

Fransa da daxil olmaqla bir neçə Avropa ölkəsi ötən həftə birgə hərbi təlimlərdə iştirak etmək üçün Qrenlandiyaya qoşun göndərib.

Paris hökumətinin ötən həftə bölgəyə təxminən 15 əsgər göndərdiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ