ABŞ Prezidenti Donald Tramp Suriyada YPG/SDG-nin nəzarətində olan həbsxanalardan azad edilən İŞİD məhbusları ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, o bildirib ki, avropalı terrorçular həbsxanadan qaçıb, lakin Suriya hökuməti onları yenidən ələ keçirib.
Tramp bu barədə Amerikanın “New York Post” qəzetinə verdiyi müsahibədə danışıb. O, Fransa Prezidenti Emmanuel Makron və NATO-nun baş katibi Mark Rutte ilə Suriyadakı vəziyyətə dair yazışmalar apardığını qeyd edib. Tramp Makronla yazışmalarını ictimaiyyətə açıqlamasının səbəbinin YPG/SDG tərəfindən azad edilən, Avropada doğulmuş İŞİD üzvləri ilə bağlı narahatlıq olduğunu bildirib.
ABŞ prezidenti vurğulayıb ki, məsələ ilə bağlı görülən tədbirlər nəticəsində mümkün qaçışların qarşısı alınıb və Suriya hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində məhbuslar yenidən həbsxanaya yerləşdirilib. Onun sözlərinə görə, söhbət dünyanın ən təhlükəli terrorçularından gedir və onların hamısı Avropa mənşəlidir.
Aytən Yaşar/ Turkustan.az