Donald Tramp Ağ Evdə keçirilən brifinqdə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin həlli məsələsinə toxunub.
Turkustan.az Fox News-a istinadla xəbər verir ki, ABŞ Prezidenti rusiyalı vəzifədaşı ilə söhbətini xatırladıb:
"Prezident Putin mənə dedi: 'İnana bilmirəm ki, bu münaqişəni həll etmisiniz. Mən 10 il həll etməyə çalışdım'.
Donald Tramp Qafqazdan danışarkən bölgəni "Putinin ərazisi" adlandırıb. /yenisabah.az/