Tramp: NATO üçün məndən çox iş görən yoxdur!


Qrenlandiya ilə bağlı açıqlamaları səbəbindən mübahisələrə yol açan ABŞ Prezidenti Donald Tramp NATO ilə bağlı iddialı bəyanatla çıxış edib.

Turkustan.az xəbər verir ki, Tramp özünün Truth Social hesabında paylaşdığı açıqlamada Alyansa verdiyi dəstəyi xüsusi vurğulayıb.

Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı fikirlərinin NATO daxilində ciddi böhrana səbəb ola biləcəyi ehtimalları ilə razılaşmadığını dolayı yolla ifadə edən Tramp bildirib ki, “Heç bir şəxs və ya prezident NATO üçün Prezident Donald Trampdan daha çox iş görməyib.”

O əlavə edib: “Əgər mən olmasaydım, bu gün NATO mövcud olmazdı. Alyans çoxdan tarixin zibil qutusunda olardı. Bu, kədərlidir, amma həqiqətdir.”

Trampın bu açıqlamaları həm ABŞ daxilində, həm də NATO üzvü olan ölkələrdə geniş müzakirələrə səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ