ABŞ-ın dünyanın qalan hissəsinə məlum olmayan silah növləri var.
Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "NewsNation"a danışıb.
Trampın sözlərinə görə, ABŞ-da gizli və "heyrətamiz" dərəcədə təkmilləşdirilmiş silahlar var.
Lakin prezident sözügedən silahlarla bağlı heç bir detal verməyib. O, bunları ictimaiyyətə açıqlamamağın ən yaxşı seçim olduğunu bildirib./publika.az