İran rejimi ölkədəki etirazlara qarşı repressiyaları genişləndirərkən, ölkə parlamenti dini lider Əli Xameneiyə hücum ediləcəyi təqdirdə “cihad” fətvası veriləcəyi ilə bağlı hədələyici bəyanat yayıb.
Turkustan.az İran dövlət mediasına istinadən xəbər verir ki, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi rejim liderinə hücumun “müharibə elanına bərabər” hesab ediləcəyini, bunun isə cihad fətvası və İslam hərbçilərinin qarşılıq verməsinə səbəb olacağını bildirib.
Bu bəyanat ABŞ Prezidenti Donald Trampın İranda yeni liderlik axtarışı ilə bağlı verdiyi açıqlamalardan sonra yayılıb və regionda gərginliyi artırıb.
Son məlumatlara görə, İsfahanda onlarla adam həbs edilib, Tehranda isə 25 aktyor və idmançı, 60 obyektə qarşı “təxribat və terrorizmi təşviq etmək” ittihamı ilə məhkəmə prosesi başlayıb və onların malları müsadirə olunub.
BMT İnsan Hüquqları Şurası İranın pisləşən insan hüquqları vəziyyətini müzakirə etmək üçün yanvarın 23-də fövqəladə iclas keçirəcəyini açıqlayıb. /bakupost.az/