Kiyevdə humanitar fəlakət - İnsanlar donur


Kiyev meri Vitali Kliçko Britaniyanın “The Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, Rusiya hərbi hücumları səbəbindən Kiyev humanitar fəlakətin astanasındadır.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya raketləri Kiyevdəki istilik elektrik stansiyalarından birinə dəyib. Kliçko əlavə edib ki, “Əsas kommunal xidmətlər – istilik, su və elektrik enerjisi ilə bağlı vəziyyət kritikdir. Hazırda 5600 yaşayış binası istiliksiz qalıb”.

O, imkanı olan sakinləri dərhal paytaxtı tərk etməyə çağırıb.

Qeyd edək ki, Kiyevi yaxın illərdə 600 min insan tərk edib. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ