Ölkə tarixində bir ilk: Sabiq prezident həbs edilir


2007-ci ildəki prezidentlik kampaniyasının o dövrkı Liviya lideri Müəmmar Qəddafi tərəfindən maliyyələşdirildiyi iddiası ilə sui-qəsddə ittiham edilərək beş il həbs cəzasına məhkum edilən Fransa prezidenti Nikola Sarkozi bu gün həbsxanaya yollanır.

Turkustan.az xəbər verir ki, 2007–2012-ci illərdə Fransa prezidenti olmuş mühafizəkar sağların lideri Sarkozi, təxminən bir ay əvvəl haqqında çıxarılan hökmə əsasən Parisdəki La Santé həbsxanasına təhvil veriləcək. O, Fransa tarixində həbs edilən ilk prezident olacaq.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, məhkəmənin qərarı Liviyanın keçmiş lideri Qəddafi tərəfindən seçki kampaniyasının qanunsuz şəkildə maliyyələşdirilməsi ilə bağlı aparılan təhqiqat nəticəsində çıxarılıb.

Qeyd edək ki, Fransa tarixində bu qədər yüksək vəzifə tutub həbs edilən yeganə şəxs İkinci Dünya Müharibəsindən sonra nasistlərlə əməkdaşlıq etmiş marşal Philippe Pétain idi.

Keçmiş prezident bu səhər həyat yoldaşı Karla Bruni ilə birlikdə evindən çıxaraq əl-ələ tutaraq həbsxanaya yollanıb. Ailəsi və tərəfdarları onu dəstəkləmək üçün mitinqə çağırış edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ