İsraildən ŞOK AÇIQLAMA: Rəfah açılmayacaq!


Fələstinin Misirdəki səfirliyi Rəfah sərhəd-keçid məntəqəsinin bazar ertəsi açılacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamaya görə, Rəfah sərhəd-keçid məntəqəsi növbəti xəbərdarlıq edilənə qədər açılmayacaq.

“Rəfah Sərhəd Keçidinin açılması HƏMAS-ın məhbusların cəsədlərini geri qaytarmasından və razılaşma çərçivəsində uyğunluğundan asılı olaraq qiymətləndiriləcək”, - deyə, məlumatda bildirilir.

İsrail və HƏMAS arasında atəşkəs razılaşması Rəfəhin açılmasını nəzərdə tuturdu.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ