Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov Böyük Britaniyanın Ukrayna kəşfiyyatı ilə birgə “Türk Axını” təbii qaz kəmərinə qarşı sabotaj planları hazırladığını iddia edib.
Turkustan.az xəbər verir ki, Bortnikov bu fikirləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Təhlükəsizlik və Xüsusi Xidmət Rəhbərləri Şurasının iclasında səsləndirib.
Çıxışı zamanı o, Qərbin yeni beynəlxalq münasibətlər sisteminin formalaşmasına mane olmağa çalışdığını bildirib:
"Yaxın Şərq, Afrika və Avropada qeyri-sabitliyin artmasında NATO ölkələrinin kəşfiyyat xidmətlərinin birbaşa rolu var", – deyə Bortnikov qeyd edib.
Aytən Yaşar/ Turkustan.az