Qərb hökumətləri hələ də Rusiya hərbi-sənaye kompleksi ilə əməkdaşlığı davam etdirən yerli istehsalçılara təzyiqi artırmalıdır.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Lyublyanada (Sloveniya) keçirilən NATO Parlament Assambleyasının sessiyasının iştirakçılarına videomüraciətində deyib.
"Biz Rusiya pilotsuz təyyarələri və raketləri üçün kritik komponentlərin tədarükünü davam etdirən ölkələrinizin nümayəndələrinə təzyiq etməliyik. Bir dənə də olsun Rusiya raketi və ya pilotsuz uçan aparatı başqa ölkələrin hissələri olmadan uçmayacaq", - Zelenski bildirib.
O qeyd edib ki, bu, təkcə Çin və Tayvana aid deyil, çünki bəzi komponentlər hələ də Rusiyaya Avropa ölkələrindən və dünyanın digər ölkələrindən gəlir, burada bəziləri “hələ də Rusiya ölüm istehsalçıları ilə əməkdaşlıq edir”.
"Bizim komandamız bütün faktları təqdim edə bilər və biz sizə lazım olan istənilən məlumatı paylaşmağa hazırıq", - Zelenski millət vəkillərinə deyib.
Aytən Yaşar/ Turkustan.az