Tramp: Ərdoğan sülhə böyük töhfə verdi


Liderlər ABŞ prezidenti Donald Trampın elan etdiyi Qəzza planının birinci mərhələsini həyata keçirmək və Misirin Şarm əl-Şeyx şəhərində sülh sammiti keçirmək üçün səfərbər olublar.

Turkustan.az xəbər verir ki, yola düşməzdən əvvəl Tramp, "Türkiyə Qəzzada atəşkəsin bərqərar olması üçün böyük səy göstərdi. Ərdoğan sülhə böyük töhfə verdi, ona böyük hörmət var, güclü ölkə və ordu var" dedi.

AP-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Rusiyaya xəbərdarlıq edib ki, Ukrayna müharibəni tezliklə bitirməsə, bu ölkəyə uzaqmənzilli “Tomaqavk” raketləri göndərə bilər.

“Mən bunu deyə bilərəm: Baxın, əgər bu müharibə həll olunarsa, mən onlara Tomaqavk göndərəcəyəm”, - deyə, Tramp İsrailə uçarkən jurnalistlərə bildirib.

"Tomaqavk inanılmaz silahdır, çox hücum silahıdır. Düzünü desəm, Rusiyanın buna ehtiyacı yoxdur. Müharibə öz-özünə həll olunmasa, mən onlara deyərdim - yaxşı, biz bacararıq - biz olmaya bilərik, amma bacarırıq. Mən bunu gündəmə gətirməyi məqsədəuyğun hesab edirəm".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ