Böyük Britaniya ABŞ və NATO ölkələri ilə birgə Rusiya sərhədləri yaxınlığında 12 saatlıq patrul uçuşu həyata keçirib.
Turkustan.az xəbər verir ki, bu barədə "Reuters" Böyük Britaniyanın müdafiə naziri Con Hilinin bəyanatına istinadən məlumat yayıb.
"Bu, ABŞ və NATO üzrə müttəfiqlәrimizlә böyük birgə missiya idi. Missiya NATO-nun birliyinə dair Rusiya Prezidenti Vladimir Putinə və düşmənlərimizə güclü siqnal göndərib", - o qeyd edib./Report/