ABŞ prezidenti Donald Trampın Venesuela administrasiyası ilə diplomatik əlaqələrin dayandırılması barədə göstəriş verdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, “New York Times” məsələ ilə tanış olan ABŞ rəsmilərinə istinadən yazıb ki, guya Tramp Venesuela administrasiyası ilə diplomatik təmasları idarə edən Riçard Qrenellə bütün danışıqları, o cümlədən Venesuela prezidenti Nikolas Maduro ilə danışıqları dayandırmağı tapşırıb.
Hesabatda iddia edilib ki, Tramp Maduronun ABŞ-ın “hakimiyyətdən könüllü getməsi” tələblərinə cavab verməməsindən və Venesuela rəsmilərinin “narkotik ticarəti ilə heç bir əlaqəsi yoxdur” iddialarından getdikcə daha çox məyus olub.
Aytən Yaşar/ Turkustan.az