Suriyada SDQ ilə qarşıdurmadan sonra atəşkəs elan edildi


Suriyanın rəsmi xəbər kanalı Əl-İxbariyyəyə danışan bir səlahiyyətli, SDQ ilə qarşıdurmalardan sonra atəşkəsin əldə edildiyini və razılaşmanın qüvvəyə mindiyini bildirib.

Turkustan.az xəbər verir ki, digər tərəfdən Hələb valiliyindən edilən açıqlamada oktyabrın 7-dən etibarən şəhər daxilindəki bütün təhsil və dövlət qurumlarında fəaliyyətlərin dayandırıldığı açıqlanıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin Baba Suriyanın rəsmi dövlət kanalına PKKYPG-nin hücumları nəticəsində 25 mülki vətəndaşın yaralandığını bildirib.

Qarşıdurma zamanı mətbuat mənsubunun yüngül xəsarət aldığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ