“Dünya müharibəyə hazırlaşır” – Vuçiç


Qlobal səviyyədə silahlı münaqişə riski artır və dövlətlər mümkün toqquşmalara hazırlaşır.

Turkustan.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib. O, qeyd edib ki, indi ölkələr gələcək qarşıdurmalarda hansı tərəfi seçəcəkləri barədə qərar vermək məcburiyyətindədirlər.

“Qorxuram ki, artıq heç kim heç kimi eşitmək və ya dinləmək istəmir. Hamı həqiqətən və ciddi şəkildə müharibəyə hazırlaşır”, – Vuçiç RTV 1 telekanalına müsahibəsində deyib.

Serbiya lideri vurğulayıb ki, Belqrad mümkün qədər münaqişədən uzaq qalmağa çalışır və neytrallıq siyasətinə sadiqdir. Onun sözlərinə görə, Serbiya bütün qarşıdurmalardan kənarda qalmaq üçün əlindən gələni edir. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ