İsrailin Sumud basqınına bütün dünyada etirazlar davam edir


İsrailin Qəzzaya humanitar yardım çatdırmaq üçün gedən Qlobal Sumud Flotillasına hücumundan sonra bütün dünyada etirazlar keçirilir.

Turkustan.az xəbər verir ki, Yunanıstanın Pirey limanının işçiləri İsrailin Qlobal Sumud Flotillasına hücumunu pisləmək üçün 24 saatlıq tətil elan ediblər.

Pirey Liman Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı (ENEDEO) İsrailin blokadasını yarmaq və Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Donanmasına İsrailin hücumunu pisləyib.

Milli mətbuatda yer alan xəbərlərə görə, yüzlərlə insan Polşanın paytaxtı Varşavada Xarici İşlər Nazirliyi binası qarşısına toplaşaraq, Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Donanmasına İsrailin hücumlarına etiraz edib.

Polşada Qəzza Qlobal Hərəkatının “Fələstinlə Həmrəylik” şüarı ilə təşkil etdiyi nümayişdə donanmada olan polyaklar da daxil olmaqla bütün fəallara həmrəylik mesajı verilib və Polşadan İsraillə bütün əlaqələri dayandırması tələb edilib.

Banqladeş Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Flotillasına İsrailin hücumlarını pisləyib və qeyri-qanuni olaraq həbs edilmiş donanma iştirakçılarının "dərhal və qeyd-şərtsiz" azad edilməsini istəyib.

Dhaka Tribune qəzetinin məlumatına görə, Banqladeş Xarici İşlər Nazirliyi İsrailin Qlobal Sumud Donanmasına hücumları ilə bağlı bəyanat yayıb.

Bəyanatda İsrail ordusunun donanmanı hədəf alan hücumları pislənərək, "beynəlxalq hüququn açıq şəkildə pozulması" kimi qiymətləndirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ