“Ağır yük daşıyan raketlərdə bir neçə mühüm irəliləyiş əldə olunarsa, bəşəriyyət 2055-ci ilə qədər Marsda sabit, özünü təmin edən koloniya yarada bilər”.
Turkustan.az xəbər verir ki, bunu “Space X” şikətinin sahibi, amerikalı iş adamı İlon Mask deyib.
“Düşünürəm ki, hər iki ildən bir buraxılışlarla Marsa çatdıra biləcəyimiz tonajı eksponent olaraq artırsaq, bunu 30 il ərzində etmək olar”, - Mask qeyd edib.
İş adamı bildirib ki, Marsda yaşayış məntəqəsinin salınması üçün lazım olan avadanlıqları çatdırmaq baxımından tonajın artırılması vacibdir.
Mask əlavə edib ki, planı həyata keçirmək üçün “tikinti blokları” lazımdır: qida yetişdirmək, Mars atmosferindən yanacaq əldə etmək və mikroçiplər, kompüterlər və raketlər hazırlamaq üçün materiallar.
Gələcəkdə tamamilə təkrar istifadə edilə bilən “Starship V3” sistemi bu vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub. Bu, 100 tondan çox faydalı yükü orbitə çatdıra bilir. /teleqraf.az/