Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin müharibəni həll etmək üçün rəhbərlik səviyyəsində ikitərəfli görüşə hələ hazır deyillər.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb .
Ərdoğan Çindən qayıdarkən təyyarədə jurnalistlərə danışıb, orada Putinlə görüşüb, daha sonra Zelenskiyə zəng edib.
O, həmçinin qeyd edib ki, son aylarda Rusiya və Ukrayna rəsmiləri arasında İstanbulda aparılan danışıqlar sülhə gedən yolun açıq qaldığını göstərib.
Ərdoğan qeyd edib ki, Türkiyə sülh ümidlərini konkret nəticələrə çevirmək üçün “danışıqların səviyyəsinin tədricən artırılmasının” tərəfdarıdır.
Prezident əlavə edib ki, istənilən təşəbbüsə son nəticədə rəhbərlik səviyyəsində baxılmalıdır, baxmayaraq ki, hələ şərait yaradılmayıb.
Aytən Yaşar/ Turkustan.az