E3 ölkələri İrana qarşı sanksiyalar tətbiq etmək üçün müraciət edir


E3 ölkələri İrana qarşı sanksiyalar tətbiq etmək üçün müraciət edib.

Turkustan.az xəbər verir ki, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 ölkələri Birləşmiş Millətlər Təşkilatının (BMT) İrana qarşı sanksiyaları tətbiq etmək imkanına malik olan “snapback” mexanizmini idarə etmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət ediblər.

İranın xarici işlər naziri Abbas Erakçi, 2015-ci il nüvə sazişinin Avropa tərəfləri olan İngiltərə, Fransa və Almaniyanın daxil olduğu E3 ölkələrinin BMT-nin İrana qarşı sanksiyalarını bərpa edə biləcək snapback mexanizmini işə salmaq qərarını hüquqi baxımdan “əsassız” adlandırıb və İranın bu “ədalətsiz hərəkətə” layiqli cavab verəcəyini bildirib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri David Lammy, Fransanın xarici işlər naziri Jan-Noel Barrot Almaniyanın xarici işlər naziri Johann Wadephul və Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas da daxil olmaqla Avropa rəsmiləri İranın xarici işlər naziri Erakçi ilə telekonfrans görüşü keçirib.

Görüş zamanı avropalılar iranlı nazirə snapback mexanizminin işləməsi üçün rəsmi olaraq BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət etmək niyyətləri barədə məlumat verib, eyni zamanda, problemlərin həlli və BMT sanksiyalarının geri qaytarılmasının qarşısını almaq üçün 30 gün ərzində diplomatik həll yolu tapmağa hazır olduqlarını vurğulayıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ