“97 faiz mənfi xəbər verirlər” – Trampdan ABC və NBC-yə sərt hücum


ABŞ prezidenti Donald Tramp ABC və NBC televiziya kanallarını "saxta xəbərlər hazırlamaqda" günahlandırıb və kanalların yayım lisenziyalarının ləğv edilməli olduğunu deyib.

Turkustan.az xəbər verir ki, Tramp sosial mediada etdiyi paylaşımda ABC və NBC-nin onun prezidentliyi ilə bağlı əsasən mənfi xəbərlər yayımladığını iddia edib.

Tramp öz yazısında “tarixin ən pis və qərəzli iki kanalı” kimi xarakterizə etdiyi ABC və NBC-ni “saxta xəbərlər” hazırlamaqda ittiham edib və bunları qeyd edib:

“O, çox yüksək populyarlığa malik olsa da və çoxları bunu prezidentlik tarixinin ən böyük səkkiz ayından biri hesab etsə də, tarixin iki ən pis və ən qərəzli kanalı ABC və NBC saxta xəbərlərdir və mənə 97 faiz bəd xəbər verir”.

Bu kanalların ABŞ-da “Demokratik Partiyanın qolu” kimi fəaliyyət göstərdiyini iddia edən Tramp, onların yayım lisenziyalarının Federal Rabitə Komissiyası (FCC) tərəfindən ləğv edilməli olduğunu bildirib.

“Mən bunun tamamilə tərəfdarıyam, çünki onlar çox qərəzlidirlər və yalan danışırlar və demokratiyamız üçün real təhlükədir”, - deyə Tramp bildirib.

Bu kanalların “lisenziya haqlarını” ödəmədiyini iddia edən Tramp qeyd edib ki, bu ödənişlər “milyonlarla dollar” olmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ