Ağ Ev rəsmisi Anadolu agentliyinə Trampın bu gün görüşəcəyini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, rəsmi qeyd edib ki, Tramp Zelenski və bir sıra Avropa liderləri ilə onlayn görüşdə Putinlə sammit öncəsi mövcud vəziyyəti qiymətləndirəcək.
Bildirək ki, ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin cümə günü, avqustun 15-də Alyaskanın Ankoric şəhərində görüşəcək.
Ağ Evdə mətbuat konfransı keçirən Tramp cümə günü Putinlə görüşündən atəşkəs əldə ediləcəyinə ümid etdiyini bildirib və əlavə edib: "Məncə Putinlə görüşüm yaxşı keçəcək, amma pis də gedə bilər".
Aytən Yaşar/ Turkustan.az