Livanın cənubunda sursat anbarı partladı: Əsgərlər həlak oldu


Livanda sursat anbarının partlaması nəticəsində 6 Livan əsgəri həlak olub.

Turkustan.az xəbər verir ki, Livanın cənubundakı Sur şəhərində sursat anbarında materialları zərərsizləşdirərkən baş verən partlayış nəticəsində 6 əsgərin həlak olduğu bildirilir.

Livan ordusundan verilən açıqlamada, "Sur şəhərinin Zibkin Vadisi bölgəsində bir sursat anbarında baş verən partlayışda 6 əsgər şəhid olub, bəziləri isə yaralanıb".

Açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı, partlayışın səbəblərinin araşdırıldığı bildirilib.

Livanın rəsmi NNA agentliyi daha əvvəl partlayışın İsrailin hücumlarından qalan sursatların zərərsizləşdirilməsi səyləri zamanı baş verdiyini bildirmişdi.

Livan Rəyasət Heyətinin X hesabından verilən açıqlamaya görə, prezident Cozef Aun ölən əsgərlər üçün dərin hüznlə kədərləndiyini bildirib, onların ailələrinə və orduya başsağlığı verib.

Baş nazir Nevvaf Selam da sosial media hesabında partlayışda həyatını itirən əsgərlər üçün başsağlığı verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ