Türkiyə KAAN-ı F-35-ə rəqibdir - ABŞ nəşri


Türkiyə istehsalı olan 5-ci nəsil KAAN qırıcısr ABŞ-ın F-35-i ilə rəqabət apara biləcək.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nyusvik” (Newsweek) jurnalı yazıb.

Bildirilib ki, yerli istehsal olan döyüş təyyarəsi artıq dünya silah bazarında da diqqət çəkir. Hətta KAAN-ın F-35 döyüş təyyarəsinə uğurla alternativ ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, Türkiyə İndoneziya ilə 48 döyüş təyyarəsinin ixracına dair müqavilə imzalayıb. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ