İsrail aviaşirkəti etirazlardan sonra Parisdəki ofisini boşaltdı


İsrailin milli hava yolu şirkəti El Al, "El Al Genocide Airlines" ifadəsindən istifadə edilən etirazlardan sonra Fransanın paytaxtı Parisdəki ofislərini boşaltmağa qərar verdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, İsrailin "Kanal 12" televiziyasının məlumatına görə, El Al-ın Parisdəki ofisinə etirazların ardınca ofisin boşaldılması barədə qərar qəbul edilib.

Şirkətin Paris ofisinin qapısına qırmızı sprey boya ilə “El Al Genocide Airlines” və “Falestine qalib gələcək” ifadələri yazılmış, qapıya da qanı simvolizə edən rəsmlər çəkilərək diqqət çəkmişdir.

Etirazın Fələstinə dəstək verən fəallar tərəfindən keçirildiyi və məsələ ilə bağlı Fransa polisinə şikayət edildiyi bildirilib.

Bildirilib ki, hadisədən sonra şirkət Parisdəki ofisini müvəqqəti olaraq boşaltmaq qərarına gəlib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ