Prezident Ərdoğan Seneqalın baş naziri Ousmane Sonko ilə görüşüb. Görüşdən sonra hər iki tərəf birgə mətbuat konfransında açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Ərdoğan Seneqal ilə əməkdaşlığın müqavilə əsasını daha da gücləndirdiklərini ifadə edərək: "Seneqal ilə ticarət və investisiya əlaqələrində mühüm irəliləyiş əldə etdik" dedi.
Ərdoğan Seneqalın Qəzza ilə bağlı mövqeyini vurğulayaraq göstərdiyi səyləri təqdir edib.
O, Türkiyənin bu mövzuda qətiyyətli mövqeyini bir daha təkrar edərək: "Qəzzada soyqırım bitənə qədər mübarizəmizi davam etdirəcəyik. Aclıqdan arıq qalan o günahsız uşaqların günahkarları qanun və tarix qarşısında mütləq cavab verəcəklər”-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az