Almaniyada dövlət çevirilişinə cəhd edənlər saxlanıldı


Almaniyada dövlət çevrilişinə cəhd etmək və terror təşkilatına üzv olmaq iddiası ilə mühakimə olunan "İmperator Vətəndaşları (Reyxsbürger)" qruplaşması üzvlərinə dəstək verdiyi səbəbi ilə 3 şübhəlinin nəzarətə alındığı bildirilir.

Turkustan.az xəbər verir ki, Bavariya Əyalət Kriminal Polis İdarəsindən verilən açıqlamada, Şahzadə Heinrich Roussun rəhbərlik etdiyi Reichsbürger birləşməsinin üzvlərinin 7 dekabr 2022-ci ildə Almaniyanın hər yerində ələ keçirildiyi, hərtərəfli araşdırmalar zamanı bu birləşməyə dəstək verən və ya hazırlıq işlərində iştirak edən digər şəxslərin də müəyyən edildiyi bildirilib.

Açıqlamada, 40-61 yaşlarında biri qadın olmaqla 6 şübhəlinin istintaqı çərçivəsində Bavariya, Sakoniya və Türingiya əyalətlərində səkkiz ünvanda axtarış aparıldığı qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ