ABŞ əsgəri Rusiyaya casusluqda ittiham olundu


ABŞ Ədliyyə Nazirliyi Texasdakı Fort Bliss Hərbi Bazasında vəzifə yerinə yetirən Teylor Adam Liyə qarşı ittihamlarla bağlı açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, açıqlamada, Linin M1A2 Abrams tankları ilə bağlı həssas texniki məlumatları Rusiya ilə paylaşmağa cəhd etdiyi və dünən nəzarətə götürüldüyü və federal məhkəmədəki ilk iclası qarşısında göründüyü bildirilib.

Nazirliyin bəyanatında istinad edilən məhkəmə sənədlərində Li-nin məxfi məlumatlara çıxışı olduğu və onu Rusiya kəşfiyyatçısı olduğuna inandığı şəxslə bölüşməyi təklif etdiyi bildirilir.

Sənədlərdə qeyd edilib ki, Li Casusluq Aktı və Silah İxracına Nəzarət Qanununu pozmaqda ittiham olunub.

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) rəsmisi Roman Rozhavski, Linin Rusiya vətəndaşlığı qarşılığında bu hərəkəti həyata keçirdiyini ifadə edərək: "Bu, ABŞ-a xəyanət etməyi düşünən hər kəsə, xüsusən də vətənlərini qorumağa and içənlərə bir mesajdır" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ