Simpsonların sensasiyalı ssenarisi! Trampın ölüm tarixini açıqladılar


Ssenariləri ilə bütün dünyada müzakirələrə səbəb olan Simpsonlar cizgi serialı indi də böyük səs-küy yaradacaq bir iddia ilə gündəmdədir.

Turkustan.az xəbər verir ki, 11 sentyabr hücumlarından koronavirus pandemiyasına, Donald Trampın prezidentliyindən Ebolaya qədər bir çox hadisəni proqnozlaşdırdığı iddia edilən serialdan yeni sızan səhnə böyük səs-küyə səbəb olub.

Başda TikTok və YouTube-da milyonlarla insanın baxdığı videoda ABŞ prezidenti Donald Trampın tabutda yatdığı görünür. Görüntü qaranlıq atmosferi və saxta qəzet detalları ilə izləyiciləri şoka salsa da, videonun altında yatan mesaj daha dərindir.

Hadisə yerindən kəsilmiş qəzetdə “Çox güclü bir fiqur susdurulacaq” yazılıb. Görünən odur ki, Trampı nəzərdə tutan kadrlara baxan hər kəs “Simpsonlar başqa bir peyğəmbərlik etdimi?” deyə soruşur.

Başqa bir səhnədə isə yuxarıdakı qəzet başlığında kiçik hərflə yazılmış bir tarix var: 12 avqust 2025. Aşağıdakı cümlə diqqəti çəkir: “Tramp ölü tapıldı”.

Bəzi istifadəçilər bunun bir mesaj olduğunu iddia edərkən, bəziləri "əvvəlcədən yazılmış ssenarilərin oynanıldığını" iddia etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ