Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla mümkün görüş yerinə dair suala cavab verib.
Turkustan.az xəbər verir ki, bu barədə Kreml rəsmi məlumat yayıb.
“Kömək etməyə hazır olan çoxlu dostlarımız var. Belə dostlardan biri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentidir. Hesab edirəm ki, biz qərar verəcəyik, amma görüşün baş tutacağı yer tamamilə münasib yerlərdən biri olardı”, – Kremlin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl Putinin köməkçisi Yuri Uşakov görüşün artıq gələn həftə baş tuta biləcəyini qeyd edib./Bizim.Media