Rusiya mediası həşirdə: Moskva Qafqazı "çerez Vaşinqton" itirir


Rusiya Sankt-Peterburq elitası artıq Paşinyanla Əliyev arasında imzalanacaq mümkün sülh sazişindən vahiməyə düşüb. Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, rusiyalı ekspert Dmitri Solonnikov RT telekanalına açıqlamasında bildirib ki, Paşinyan belə bir sənədə imza atarsa, bu, Ermənistan xalqı üçün xəyanət, dövlət üçünsə “təməl daşı”nın sökülməsi kimi qəbul olunacaq.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, ən maraqlısı isə odur ki, Solonnikov sülh prosesini Erməni Apostol kilsəsinə qarşı aparılan islahatlarla eyni cəbhəyə qoyur. Onun sözlərinə görə, bu iki proses birləşəndə, Ermənistanın həm mənəvi, həm də tarixi dayaqları dağıdılır. Və görünür, Ermənistanın “təməlini” qorumaq üçün yeganə yol – müharibə, işğal və keçmişin kabuslarını saxlamaqdır…

Amma Bakıdan baxanda…

Əslində, bütün bu isterika bir sadə həqiqəti göstərir:
İrəvanla Bakı arasında barış – Moskvanın qorxulu röyasıdır!

Tramp, Əliyev və Paşinyan Ağ Evdə hansı sənədləri İMZALAYACAQ – SİYAHI

Çünki bu barış, 200 illik imperiya planının sonudur.
Çünki bu barış, Qafqazda Moskvanın “hakim və münsif” roluna ehtiyac qalmadığını göstərir.
Çünki bu barış, Azərbaycan liderinin 21-ci əsrdə 19-cu əsrin işğal xəritələrini cırıb atdığını sübut edir.

Rusiya başa düşür ki, artıq Cənubi Qafqazda nə “sülhməramlı”, nə “hakim”, nə də “müəllim” rolunda görünmür. Çünki sülh – Rusiya olmadan, Rusiya istəmədən və Rusiya istisna edilərək qurulur.

Sonda isə rusiyalı ekspertin dediyi “təəssüf” cümləsini Azərbaycan diplomatiyasının tarixi qələbəsi kimi oxumaq olar:

“Bu, Ermənistanın təməlini dağıdır…”

Bəli, imperiyanın Qarabağ kartı ilə tikdiyi süni Ermənistan indi sülhlə dağıldıqca, Cənubi Qafqaz da azadlıqla nəfəs alır!


MANŞET XƏBƏRLƏRİ