İsrail bu ölkə ilə tarixin ən böyük müqaviləsini imzaladı: 2040-cı ilə qədər davam edəcək!


Aralıq dənizinin ən böyük təbii qaz yataqlarından biri olan Leviathan Təbii Qaz Sahəsində Tel-Əvivin ortaqlarından biri olan Qahirə ilə NewMed enerji şirkəti arasında əldə edilən razılaşma ölkə tarixində ən böyük ixrac müqaviləsi olaraq qeyd edildi.

Turkustan.az xəbər verir ki, NewMed Leviathan yatağından 2040-cı ilə qədər Misirə 130 milyard kubmetr təbii qaz ixrac ediləcəyini açıqladı. Müqavilə Leviathan-ın genişlənməsinə yol açacaq genişlənmənin 2064-cü ilə qədər İsrail bazarına təbii qaz tədarük etməyi hədəflədiyi vurğulandı.

2019-cu ildə Misir və İsrail arasında 60 milyard kubmetr qaz tədarükünü əhatə edən müqavilə imzalanıb. Misirə qaz tədarükü Leviafan yatağı 2020-ci ildə istismara verildikdən qısa müddət sonra başlayıb. Keçən il Leviafhan qaz yatağında hasil edilən 11,33 milyard kubmetr təbii qazın böyük hissəsi Misir və İordaniyaya ixrac edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ