Milli-mənəvi dəyərlərimizi qorumaq nə üçün vacibdir?


Milli müqavimət, dirçəlişin əsas impulsu, bətni milli düşüncədir, milli düşüncənin əsas qaynağı milli-mənəvi dəyərlərdir

Milli-mənəvi dəyərlər hər bir xalqın varlığının, kimliyinin, dövlətçiliyinin bünövrəsidir. Tarix boyu formalaşmış bu dəyərlər təkcə miras deyil, həm də xalqımızın gələcəyinin təminatıdır. Bunlara dil, din, adət-ənənə, musiqi, folklor və etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşları birləşdirən azərbaycançılıq ideologiyası daxildir. Bu dəyərləri qorumaq, nəsildən-nəsilə ötürmək hər bir düşüncəli vətəndaşın məsuliyyətdir.

Milli-mənəvi dəyərlər milli mənlik şüurunun formalaşmasının məhək daşıdır və xalqın özünəməxsusluğunun qorunub saxlanmasında həlledici rol oynayır. Bu dəyərlər, o cümlədən dil, adət-ənənə, din, musiqi və folklor həyat tərzini formalaşdırır, birlik hissini gücləndirir, dövlət quruculuğunun əsasını təşkil edir. Çağdaş dövrümüzdə daha aşkar görünür ki, öz soykökünü unudan xalqlar özlərinin milli kimliyini itirirlər və tarix meydanını tərk edirlər. Azərbaycan xalqı bütün xarici və yad təsirlərə, ilhaq, işğal dövrlərinə baxmayaraq, məhz zəngin mənəvi dəyərlər sistemi sayəsində öz kimliyini, milli dövlətçilik ənənələrini qoruya bilmişdir.

Ümummilli lider Heydər Əliyev vurğulayırdı: “Hər bir xalqın öz tarixi köklərinə, əcdadlarının yaratdığı milli-mənəvi dəyərlərə bağlılığı böyük amildir”. Milli-mənəvi dəyərlərə bağlılıq, sadqiqlik və Azərbaycanın çətin tarixi dövrlərdə milli immunitetinin əsasını təşkil etdi. 44 günlük Vətən Müharibəsində, Azərbaycan tarixi qələbəsi ilə xalqımız, dövlətimiz qarşısında duram əsas, işğala son qoyulması, ərazi bütövlüyümüzun bərpası strateji məqsəd, ətrafında birləşdirdi. Bu dəyərlər milli həmrəyliyi təmin etdi və qələbə üçün zəruri olan mənəvi gücü verdi.

Mənəvi dəyərlərin qloballaşan, həmçinin artıq güclü rəqabət, mübarizə arenasına çevrilən, hibrid müharibələrin genişləndiyi dünyada milli kimliyi qorumaq, ölkə daxilində birliyi, gələcəyə ümumi baxışı müəyyən etmək, milli məsələlərdə fikir və əməl vəhdəti yaratmaq kimi əsas funksiyası çaşda. dövrümüzdə daha aktualdır. İnformasiya müharibələri dövründə əsas hədəf milli kimliyin və deməli milli müqavimətin məhvəri olan milli-mənəvi dəyərlər sistemidir. Bu sistem ağır zədələnəndə milli dövlətçiliyin əsas dayaq nöqtələri vətənpərvərlik, milli təəssübkeşlik, şüur, müstəqil dövlət təfəkkürü və istiqlal uğrunda mücadilə arxa plana keçir.

Milli-mənəvi dəyərlərini qoruya bilməyən xalqlar mədəni istila, milli kimliyin süni, yad kimliklə (kosmopolitizm, beynəlmiləlçilik, dini identikliyin milli əvəzləməsi) əvəz olunması təhlükəsi ilə üz-üzə qalırlar. Yad təsirlə, təbliğatla xalqlara təlqin edilir ki, guya hansısı sivil xalqlar mədəniyyət daşıyıcılarıdır, onlar üstün xalqlardır, maarif, mədəniyyət onlardan qaynaqlanır və tərəqqi onların üstünlüyünü qəbul etməklə mümkündür. Prezident İlham Əliyevin vurğuladığı kimi bəzi qüvvələr qloballaşmadan öz təsirlərini genişləndirmək üçün istifadə edir, insanları “amorf, kosmopolit kütlə”yə çevirmək istəyirlər. Əvvəl müxtəlif siyasi ideologiyalarla pərdələnən bu cür ideoloji ekspansiya son illər heç gizlədilmir. Son illər bütün işğalçı müharibələr bu cür bəhanələrlə başlayıb, xüsusən guya etnik azlıqların milli kimliyini, dini inanclarını qorumaq adı altında başlanan müharibələr reallıqda orta əsrlərin işğalçı müharibələrindən heç nə ilə fərqlənmir. Məqsəd birdir, işğalçını daha üstün millət kimi qəbul etdirmək və işğalla, ilhaqla barışmağa məcbur etmək, bu cür işğalçı siyasətə qarşı çıxacaq düşüncəni məhv etməkdir. Milli müqavimət, dirçəlişin əsas impulsu, bətni milli düşüncədir, milli düşüncənin əsas qaynağı milli-mənəvi dəyərlərdir. Məhz zamanında Azərbaycanın işğalı zamanı Çar Rusiyası milli-mənəvi dəyərləri unutdurmağa çalışdı, azərbaycanlılar hərbi xidmətə cəlb olunmadı, dilimizdə məktəblər açılmadı, kütləvi şəkildə başqa xalqlar ərazimizə köçürüldü, tarixi şəhərlərimizin adı dəyişdirildi, elitanın nümayəndələrinin soyadı dəyişdirildi, dini xürafat yayıldı. SSRİ isə “sovet insanı” düzəltmək üçün məqsədi eyni olan başqa üsullar tətbiq etdi, milli kimlik sovet kimliyi ilə əvəzlənməyə çalışıldı.

Məh buna görə bu dəyərləri Ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, millətin təkcə mədəni deyil, həm də siyasi varlığının açarıdır. Onlar gənclərin vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması, nəsillərin davamlılığının və dövlətin xarici və daxili təhdidlər qarşısında dayanıqlığının təmin edilməsində bünövrə rolunu oynayır. 44 günlük Vətən Müharibəsində milli dəyərlərə əsaslanan birlik qələbənin açarı oldu. Azərbaycan vətəndaşlarının dini və etnik fərqlərindən asılı olmayaraq öz torpaqlarını qorumaq uğrunda birləşərək milli ruhun gücünü nümayiş etdirdilər. Bu ruhu qorumaq üçün milli-mənəvi dəyləri qorumalıyıq. Milli birlik üçün milli-mənəvi dəyələri qorumalıyıq! Nəhayət, müstəqilliyimiz, istiqlalımız naminə milli-mənəvi dəyləri qorumalıyıq.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə "Baki Politoloqlar Klubu" İctimai Birliyi tərəfindən icra olunan “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində hazırlanıb.


MANŞET XƏBƏRLƏRİ