İspaniyanın Mursiya bölgəsinin Cumilla rayonunda bələdiyyə şurası tərəfindən qəbul edilən qərarla müsəlmanların dini bayramlarını ictimai yerlərdə qeyd etməsi qadağan edilib.
Turkustan.az xəbər verir ki, qərar ifrat sağçı "Vox" partiyasının təşəbbüsü və sağ mərkəzçi Xalq Partiyası (PP) ilə koalisiya çərçivəsində qəbul olunub.
Qadağa 2026-cı ildən qüvvəyə minəcək. Təxminən 27 min nəfərin yaşadığı Cumilla bölgəsində 1500-ə yaxın, əsasən mərakeşli müsəlman yaşayır. Onlar hər il Qurban və Ramazan bayramlarını idman zallarında və açıq məkanlarda qeyd edir.
Məsələ ölkədə ciddi mübahisələrə səbəb olub. Müxalifətdə olan sol partiyalar qərarı kəskin tənqid edərək, onun İspaniya Konstitusiyasının 16-cı maddəsinə - din və ibadət azadlığına zidd olduğunu bildiriblər./publika.az