Rusiya və İranı itirəcəyik, Azərbaycandan asılı olacağıq – Zurabyan


“ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün Ermənistana qısamüddətli yardımlar etməkdə maraqlıdır. Lakin plan uğurlu olarsa, nə Avropa, nə də ABŞ-ın ölkəmizə marağı qalmayacaq”.

Turkustan.az xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

Zurabyan bildirib ki, Birləşmiş Ştatlar ciddi maliyyə böhranı ilə üz-üzədir və buna görə də Avropa kimi Ermənistanın iqtisadiyyatı və ordusunu gücləndirməyə sərmayə qoymağa hazır deyil:

“Türkiyənin Qərbin yardımlarına təsir göstərmək və “süzgəcdən keçirmək” üçün böyük imkanları var. Yəni Ermənistanı dəstəkləmək belə problemlidir. Azərbaycan və Türkiyə uzunmüddətli Qərb üçün perspektivdə Ermənistandan qat-qat dəyərli müttəfiqdirlər. Münaqişənin həlli üçün təklif olunan yol Rusiya və İranın maraqlarına ziddir, ölkəmiz üçün isə çox təhlükəlidir. Sülh planı həyata keçirildiyi zaman ölkəmiz iqtisadi baxımdan Azərbaycandan asılı olacaq. Nəticədə biz daha çox güzəştə getməli olacağıq”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ