Rusiyadan Bakıya qarşı ürəkbulandıran addım – Efirdə murdar ifadə…


Son günlər Rusiya dövlət telekanallarında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Bu materiallarda hətta Azərbaycanın suveren ərazisi olan Qarabağ uydurma “Artsax” sözü ilə adlandırılır, Ermənistan hökuməti isə bölgədən könüllü çıxmış ermənilərə lazımi yardım göstərməməkdə günahlandırılır.

Halbuki beynəlxalq hüquq normalarına əsasən, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Qondarma “Artsax” isə ölkə adı yox, bir zamanlar orada fəaliyyət göstərən qanunsuz rejimin — əslində terror yuvasının — adıdır. Bu ərazidə yaşayan ermənilər Azərbaycan Ordusunun lokal antiterror tədbirlərindən sonra bölgəni könüllü tərk ediblər.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, bu, yeni hal deyil:

“Rusiya televiziya kanalları, eləcə də bir sıra ekspertlər tez-tez belə provokativ açıqlamalar verir, süjetlər yayır. Bütün bunlar ucuz və qeyri-effektiv variantlardır. Artıq bunlar Bakını narahat etmir. Qarabağ Azərbaycan ərazisidir. Ən önəmlisi odur ki, artıq işğalda deyil.

qabil huseynli esas

Qabil Hüseynli

Bu gün regionda sülh quruculuğu davam edir. Elə bu prosesin özü Rusiyanın mövqeyini izah edir. Kreml başa düşür ki, münaqişə bitir. Münaqişənin bitməsi isə Cənubi Qafqazda Rusiyanın təsir imkanlarının azalması deməkdir. Bax, buna görə Rusiya belə ürəkbulandıran addımlar atır. Amma dediyim kimi, bu artıq Azərbaycanı narahat etmir.

Dünya üçün “Artsax” adlı bir yer olsaydı, indiyə qədər tanınardı. Rusiya özü də qondarma “Artsax”ı tanıya bilmədi”.


MANŞET XƏBƏRLƏRİ