“Güclə beş addım atıram, 90 yaşım var...” – Artur Rasi-zadə


“Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, mənim üçün bu istilərdə çölə çıxmaq çox çətindir”.

Turkustan.az xəbər verir ki, bunu Manset.az-a Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasiminə qatılmaması ilə bağlı açıqlama verən ölkənin sabiq Baş naziri Artur Rasi-zadə deyib.

O bildirib ki, mərhum yazıçının həyat yoldaşı ilə danışıb, başsağlığı verib:

“Səhhətimlə bağlı vida mərasiminə getməmişəm. Elçin Əfəndiyevlə çox yaxşı münasibətim olub. Onun kiçik qızı ilə nəvəm rəfiqədir. Yanıma da gəlmişdilər. Bu cür iddialar əsassızdır, boş, axmaq söhbətlərdir. İnsanıq, xəstə ola bilərik, 90 yaşım var. Başqa nə ola bilər ki? Mənim yeganə qızım da, nəvəm də orada iştirak edib. Mərasimə əklil də göndərmişəm”.

Xatırladaq ki, Elçin Əfəndiyev iyulun 3-ü vəfat edib. O 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. E. Əfəndiyev 1996-cı ildən ölkənin sabiq Baş naziri Artur Rasi-zadə ilə birgə işləyib.


MANŞET XƏBƏRLƏRİ