İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi X hesabında verdiyi açıqlamada Avropa ölkələrini İsrailin Suriyaya açıq təcavüzünü “Suriya ərazisinə artan hücumlar” kimi səciyyələndirmələrini tənqid edib.
Turkustan.az xəbər verir ki, Bekayi Avropanın “İsraildəki şərikliyini diplomatiya kimi göstərməyə” çalışdığını iddia edərək, bunları qeyd etdi:
“İran təcavüzə və qeyri-qanuni hərəkətlərə qarşı qürurlu tarixi ilə seçici qəzəb və ikili standartları rədd edir.
Biz həmişə olduğu kimi Suriya xalqının yanındayıq və Suriyanın milli suverenliyini və ərazi bütövlüyünü yüksək səslə və açıq şəkildə dəstəkləyirik”.
Aytən Yaşar/ Turkustan.az