Moskva İstanbul razılaşmalarını davam etdirərək, Ukrayna Silahlı Qüvvələrinin daha 1000 əsgərinin cəsədini Kiyevə təhvil verib, əvəzində 19 rus əsgərinin cəsədini alıb.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski özünün Telegram-kanalında məlumat verib .
Medinski yazıb: "İstanbul müqavilələrinin davamı olaraq, Ukrayna Silahlı Qüvvələrinin daha 1000 əsgərinin cəsədi bu gün Ukraynaya təhvil verilib. Şəhid olan əsgərlərimizin 19 cəsədini qəbul etdik. Onlar öz doğma torpaqlarında rahat yatsınlar".
Aytən Yaşar/ Turkustan.az