Türkiyə ümid edir ki, Suriyanın cənubunda baş verən zorakılıq hadisələri hökumət tərəfindən dialoq vasitəsilə ən qısa müddətdə sona çatdırılacaq.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçəli Suriyanın cənubunda baş verən hadisələri şərh edərkən X hesabında yazıb.
Qeyd edək ki, ötən gün Suriyanın cənub-qərbində, Süveydə şəhərində bədəvi qəbilələri ilə yerli silahlı qruplar arasında baş verən toqquşmada ölənlərin sayı 37 nəfərə çatıb. /axar.az/