"Bazar ertəsi Rusiya ilə bağlı böyük açıqlama verəcəyəm".
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə bağlı bazar ertəsi mühüm açıqlama verəcəyini bildirib.
Dünən axşam NBC News-a danışan Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib bəyanatlar səsləndirib və Rusiya prezidenti Vladimir Putindən məyus olduğunu bir daha vurğulayıb.
Tramp açıqlamasının detalları barədə məlumat verməyib. O, yalnız ABŞ-ın NATO vasitəsilə Ukraynaya silah tədarük edəcəyini və Rusiya ilə bağlı "böyük açıqlamanın" bazar ertəsi veriləcəyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az