HƏMAS İsrailin Qəzza zolağına hücumlarını dayandırmaq üçün danışıqlar yolu ilə 10 israilli məhbusu azad etməyə razılaşdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, eyni zamanda İsrailin atəşkəslə bağlı fundamental məsələlərdə güzəştsiz yanaşma nümayiş etdirdiyini bildirib.
Həmas İsrailin Qəzzada atəşkəslə bağlı fundamental məqamlarda razılığa gəlmədiyini vurğulayaraq, Təl-Əviv rəhbərliyi ilə “yardım axını, işğalın (İsrailin) Qəzza zolağından çəkilməsi və daimi atəşkəs təminatları” mövzusunda heç bir razılaşma əldə olunmadığını qeyd edib.
Həmas: "İşğalın barışmaz mövqeyinə görə bu mövzularda danışıqlar çətinləşsə də, maneələri aşmaq, xalqımızın əzablarına son qoymaq, onlara azad, təhlükəsiz və ləyaqətli bir həyat təmin etmək üçün vasitəçilərlə ciddi və müsbət ruhla işləməyə davam edirik" dedi.
Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində təxminən 58 min fələstinli ölüb, 137 min nəfər isə yaralanıb.
İsrail martın 18-də atəşkəsi pozandan bəri Qəzzaya hücumları nəticəsində təxminən 7 min fələstinli həlak olub, 25 min nəfər isə yaralanıb.
Aytən Yaşar/ Turkustan.az