Trampdan prezidentə: İngilis dilini bu qədər gözəl danışmağı necə öyrənmisiniz?


ABŞ prezidenti Donald Tramp bəzi Afrika liderlərini Ağ Evdə qəbul edib.

Turkustan.az xəbər verir ki, görüş zamanı Tramp Liberiya prezidenti Cozef Boakayın səlis ingiliscəsinə heyran olub və "Çox yaxşı ingilis dili. Çox yaxşı. Bu qədər yaxşı danışmağı harada öyrənmisiniz? Təlim almısınız? Harada, Liberiyada?"

Liberiya prezidenti “Bəli” cavabını verib. İngilis dilinin Liberiyanın rəsmi dili olduğu bilinsə də, ölkənin əsası 19-cu əsrin ortalarında ABŞ-da azad edilmiş qulların vətənlərinə qayıtması ilə qoyulub.

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrailin hücumlarını davam etdirdiyi Qəzzada razılaşma şansı "müəyyən olmasa da, çox yüksəkdir".

İsrailin baş naziri Binyamin Netanyahu ilə "ən çox Qəzza haqqında danışdıqlarını" deyən Tramp, "Qəzza və üzərində çox işlədiyimiz bütün digər məsələlərlə bağlı qəti heç nə yoxdur, lakin razılığa, bir növ kompromis əldə etmək şansımız çox yüksəkdir" dedi.

ABŞ prezidenti Qəzzada atəşkəsin “bu həftə olmasa, bəlkə gələn həftə” baş tutacağına ümid etdiyini bildirib.

Ağ Evdə Steve Ron Dermer ilə Qətər səfiri arasında gizli görüşlə bağlı sualı cavablandıran Tramp deyib ki, ikisinin məhbuslarla bağlı danışıqlarda və Qəzzada atəşkəs razılaşmasında əhəmiyyətli irəliləyiş əldə etməsi "mümkündür".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ