Merz: Ukraynada münaqişənin həlli üçün diplomatik üsullar tükənib


Almaniya kansleri Fridrix Merz deyib ki, onun hökuməti "sol və rusiyayönlü sağçıların müqaviməti qarşısında belə" Ukraynanı dəstəkləməyə davam etmək niyyətindədir.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin diplomatik həlli üçün imkanlar tükənib.

Bundestaqda çıxış edən Fridrix Merz deyib ki, “bütün bir ölkənin mövcud olmaq hüququnu şübhə altına almaq və bütün Avropa qitəsinin siyasi azadlığını məhv etmək” üçün hərbi gücdən istifadə edilərkən məsələnin danışıqlar yolu ilə həlli mümkün deyil.

İyun ayında Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı Ukraynaya 1,9 milyard avroluq hərbi yardım paketi ayırmağı planlaşdırdığını açıqlayıb . Fridrix Merz Ukraynaya 500 km-ə qədər mənzilli Taurus raketlərinin göndərilməsinə icazə verib. Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətində kansler qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinə onlardan istifadə etmək üçün təlim keçmək azı altı ay çəkəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ